VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

13.06.2017 "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Layihə
"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618, № 11, maddələr 1240, 1306) 10-1.1-ci maddəsinə "məbləğdə" sözündən sonra "və yalnız nağdsız qaydada" sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti