31.10.2017 "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununu"Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi iləqərara alır:

"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin 1-ci hissəsinin doqquzuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin hissənin onuncu abzası çıxarılsın.

2. 26-cı maddə üzrə:
2.1. adında "Elmi tədqiqat idarələrinin və təşkilatlarının" sözləri "Elmi müəssisə və təşkilatların" sözləri ilə əvəz edilsin;
2.2. birinci və üçüncü hissələrdə "Elmi tədqiqat idarələri" sözləri "Elmi müəssisə və təşkilatlar" sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 26-1-ci maddə əlavə edilsin:
"Maddə 26-1. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar
26-1.1. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatların istiqamətləndirilməsini və əlaqələndirilməsinimüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirir.
26-1.2. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar "Elm haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada maliyyələşdirilir.".

4. 33-cü maddənin 1-ci hissəsinin beşinci abzasında"elmi tədqiqat idarələri" sözləri "elmi müəssisə və təşkilatları" sözləri ilə əvəz edilsin.

5. 34-cü maddənin 1-ci hissəsinin 2-ci bəndində "elmi tədqiqat idarələrinə" sözləri"elmi müəssisə və təşkilatlara" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi