01.12.2017 "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

 

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

 

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1.0.22-ci maddədən "standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər," sözləri və "texniki-iqtisadi məlumatların dövlət təsnifatı," sözləri çıxarılsın.

2. 70.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"70.3. Azərbaycan Respublikasının Milli Məclisində dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi barədə, qanunların uyğunlaşdırması məqsədi ilə hazırlanmış, həmçinin ad və ya rəqəm dəyişiklikləri nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə isə üç oxunuşda baxılır.".

3. 71.2-ci maddədə "üçüncü" sözü "yekun" sözü ilə əvəz edilsin.

4. 75.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"75.1. Normativ hüquqi aktın qəbul edilməsindən irəli gələrək qüvvədə olan normativ hüquqi aktlarda edilən dəyişikliklər, həmçinin ad və ya rəqəm dəyişiklikləri edildiyi hallar istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər. Bu halda dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, həmin dəyişikliklərin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.".

5. Aşağıdakı məzmunda 76.3-cü maddə əlavə edilsin:

"76.3. Normativ hüquqi aktın qəbul edilməsindən, həmçinin normativ hüquqi aktlarda ad və ya rəqəm dəyişikliklərindən irəli gələrək bir normativ hüquqi aktla bir neçə normativ hüquqi aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.) ləğv edilə bilər. Bu halda ləğv edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində aparılmasına yol verilir.".

6. 83-cü maddə üzrə:

8.1. Aşağıdakı məzmunda 83.1-1-ci maddə əlavə edilsin:

"83.1-1. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir.";

8.2. 83.4-cü maddədə "83.1-ci və 83.2-ci" sözləri "83.1-ci, 83.1-1-ci və 83.2-ci" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi