06.03.2018 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Layihə

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 2 (II kitab), maddə 215, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 2, maddə 154, № 5, maddə 755, № 6, maddə 1043) 13-cü maddəsinə, 20.4-cü maddəsinin ikinci cümləsinə, 24.1-ci maddəsinə, 24.2-ci maddəsinin birinci cümləsinə, 34.2-ci maddəsinə, 34.4-cü maddəsinin birinci cümləsinə, 35.1-ci maddəsinin birinci və üçüncü cümlələrinə, 35.3-cü, 38-ci maddələrinə, 40-cı maddəsinin ikinci cümləsinə, 41-ci maddəsinə, 42.1-ci maddəsinin birinci cümləsinə, 43.1-ci maddəsinin birinci cümləsinə, 43.2-ci maddəsinin birinci cümləsinə, 43.3-cü, 44.1-ci, 44.3-cü, 47.4.5-ci, 47.4.6-cı, 48.3.1-ci, 48.3.3-cü maddələrinə, 48.3.5-ci maddəsinin ikinci cümləsinə, 49.2.11-ci maddəsinə, 66.3-cü maddəsinin ikinci cümləsinə, 75.1-ci maddəsinin birinci cümləsinə, 75.1-1-ci maddəsinin birinci cümləsinə, 75.2-ci maddəsinin birinci cümləsinə, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrinə, 75.4-cü maddəsinin birinci cümləsinə (birinci halda) və üçüncü cümləsinə, 75.4-1-ci maddəsinə, 75.5-ci maddəsinə, 75.6-cı maddəsinin birinci cümləsinə, 75.9-cu maddəsinin birinci cümləsinə, 75.10-cu maddəsinin birinci cümləsinə, 76.1-ci, 76.2-ci maddələrinə, 80.4-cü maddəsinin birinci və ikinci cümlələrinə, 82.1-ci (birinci halda), 82.2-ci (birinci halda) maddələrinə, 84.1-ci maddəsinin birinci cümləsinə (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsinə, 86.1.1-ci maddəsinə, 86.3-cü maddəsinin birinci cümləsinə, 89.2-ci maddəsinə, 90.1-ci maddəsinin ikinci cümləsinə, 90.3-cü, 94.3-cü, 101.2-ci maddələrinə, 102.2-ci maddəsinin birinci cümləsinə, 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrinə, 102.4-cü, 102.5-ci maddələrinə, 102.6-cı maddəsinin birinci cümləsinə, 102.7-ci maddəsinin birinci cümləsinə və 103.2-ci maddəsinin birinci cümləsinə ismin müvafiq hallarında "müvafiq icra hakimiyyəti orqanı" sözlərindən sonra ismin müvafiq hallarında "və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum" sözləri əlavə edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi