12.10.2018 "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

"Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 469; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 709; 2003, № 12, I kitab, maddə 672; 2007, № 10, maddə 938; 2015, № 11, maddə 1264) 3-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

"Bu Qanunun məqsədləri üçün kiçik sahibkarlıq subyektləri dedikdə "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyən olunmuş kiçik və mikro sahibkarlıq subyektləri başa düşülür.".

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi