28.12.2018 "Elektron ticarət haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Haqsız rəqabət haqqında", "Xarici investisiyanın qorunması haqqında" və "İcarə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Layihə

"Elektron ticarət haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Haqsız rəqabət haqqında", "Xarici
investisiyanın qorunması haqqında" və "İcarə haqqında" Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 12-ci, 13-cü, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 567; 2016, № 12, maddə 2052) aşağıdakı məzmunda 2.4-cü maddə əlavə edilsin:
"2.4. Ələt azad iqtisadi zonasında elektron ticarətin təşkili və həyata keçirilməsi ilə bağlı münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.".

Maddə 2. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 485; 2004, № 7, maddə 505; 2009, № 5, maddə 296; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 645; 2013, № 12, maddə 1482; 2018, № 4, maddə 636) 2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Ələt azad iqtisadi zonasında əmtəə nişanları və coğrafi göstəricilər sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.".

Maddə 3. "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 366; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 683, 686; 2004, № 2, maddə 57; 2015, № 4, maddə 370; 2017, № 7, maddə 1260) preambulasının ikinci hissəsində "ərazisində" sözündən sonra "(Ələt azad iqtisadi zonası istisna olmaqla)" sözləri əlavə edilsin.

Maddə 4. "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 81, № 7, maddə 171; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 6, maddə 360, № 11, maddə 683, № 12, maddə 736; 2003, № 1, maddələr 1, 3; 2005, № 8, maddə 684; 2007, № 5, maddə 401, № 10, maddə 938, № 11, maddə 1053; 2010, № 4, maddə 276) 1-ci maddəsinin mətni 1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:
"1.2. Ələt azad iqtisadi zonasında xarici investisiyaların qorunması sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.".

Maddə 5. "İcarə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 9, maddə 221, № 17, maddə 736; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 1999, № 1, maddə 8; 2001, № 11, maddə 683; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 16; 2017, № 6, maddə 1057; 2018, № 7, I kitab, maddə 1420) 2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Ələt azad iqtisadi zonasında icarə münasibətləri "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.".

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi