19.02.2019 "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

II oxunuş

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19; 2001, № 12, maddə 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005, № 8, maddə 686; 2006, № 12, maddə 1005; 2007, № 4, maddə 322; 2009, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 5, maddə 375; 2011, № 2, maddə 71, № 6, maddə 478; 2013, № 11, maddə 1272; 2017, № 11, maddə 1977; 2018, № 2, maddə 148; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1258-VQD nömrəli və 27 noyabr tarixli 1343-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddənin III hissəsinin altıncı abzasına "dövriliyini" sözündən sonra "(ildə bir dəfədən az olmayaraq)" sözləri əlavə edilsin.

2. 13-cü maddənin VIII hissəsi aşağıdakı redaksiyada verilsin:

"VIII. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.".

3. 24-cü maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Vəkillik fəaliyyətinin bu Qanunla müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.".

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi