03.05.2019 "Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Layihə


Azərbaycan Respublikasının Qanunu

"Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin  14-cü bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1326-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli  Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 388; 2006, № 1, maddə 3, № 2, maddə 75; 2007, № 6, maddə 560; 2008, № 6, maddə 462; 2012, № 11, maddə 1058; 2016, № 2 (I kitab), maddə 196; 2018, № 2, maddə 152) ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"nin 4-cü maddəsinin üçüncü hissəsinə "189.4," rəqəmlərindən sonra "212.3," rəqəmləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi