09.07.2019 "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

İkinci oxunuş

Layihə

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 11, № 12, maddə 706; 2005, № 12, maddə 1083; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 173, № 4, maddə 276; 2016, № 2, I kitab, maddə 205, № 4, maddə 628; 2017, № 5, maddə 699; 2018, № 12, maddə 2523) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci maddədə "maddəsinin" sözü "və 1.3-cü maddələrinin" sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 1.3-cü maddə əlavə edilsin:
"1.3. Bu Qanun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada heç bir texniki, keyfiyyət göstəriciləri dəyişdirilmədən, təmir və ya emal işləri görülmədən digər şəxslərə satmaq məqsədi ilə malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilmir.".

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi