09.07.2019 "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

İkinci oxunuş

Layihə

 

"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2495) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə hər iki halda "83 451 400,0" rəqəmləri  "98 451 400,0" rəqəmləri ilə əvəz edilsin.

2. 2-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

"3.

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsait

15 000 000,0"

3. 3-cü maddə üzrə:
3.1. 2-ci hissədə "1 800 000,0" rəqəmləri "2 800 000,0" rəqəmləri ilə əvəz edilsin;
3.2. 6-cı hissədə "42 041 400,0" rəqəmləri "56 041 400,0" rəqəmləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi