17.03.2020 "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə


"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara  alır:

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345; 2019, №12, maddə 1881) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-2-ci maddə üzrə:

1.1. maddənin adında "ehtiyatında" sözündən sonra "və ya informasiya-telekommunikasiya şəbəkəsində" sözləri əlavə edilsin;

1.2. 13-2.3-cü maddədə "sahibi" sözündən sonra "və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi" sözləri, "ehtiyatında" sözündən sonra "(informasiya-telekommunikasiya şəbəkəsində)" sözləri  əlavə edilsin;

1.3. Aşağıdakı məzmunda 13-2.3.10-1-ci maddə əlavə edilsin:

"13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar;".

2. 13-4-cü maddənin mətnində "provayderlər" sözündən sonra ", həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri" sözləri əlavə edilsin.



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi