14.04.2017 “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

611-VQD

“İstehlakçıların hüquqlarının müdafiəsi  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”  Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 676, 683, 686; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 1; 2004, № 1, maddə 6, № 2, maddə 57; 2005, № 8, maddə 684, № 12, maddə 1083; 2007, № 8, maddə 745; 2011, № 11, maddə 984; 2012, № 9, maddə 842; 2014, № 10, maddə 1157) 1-ci maddəsinin doqquzuncu abzasında “məhsulun müəyyən edilmiş tələblərə” sözləri və onuncu abzasında “məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 aprel 2017-ci il
№ 611-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi