29.06.2018 “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

1204-VQD

“İcarə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 9, maddə 221, № 17, maddə 736; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 1999, № 1, maddə 8; 2001, № 11, maddə 683; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 16; 2017, № 6, maddə 1057) 8-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasında “Qanunla” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 iyun 2018-ci il
№ 1204-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi