05.03.2019 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

1522-VQD

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846,  № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1317-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1357-VQD, 1371-VQD və 1377-VQD nömrəli, 7 dekabr tarixli 1382-VQD və 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD və       1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD və 1432-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə hər iki halda “açıq məkanda” sözlərindən əvvəl “tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.

2. 394.0.7-ci maddəyə “habelə” sözündən sonra “tikintisinə icazə tələb olunan açıq məkanda” sözləri əlavə edilsin.

3. 395.1-1-ci maddədə “ölçülərindən asılı olmayaraq” sözləri “tikintisinə icazə tələb olunan” sözləri ilə əvəz edilsin.
4. 395.2-ci maddəyə “açıq məkanda” sözlərindən əvvəl “tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.

5. 428.7.1-ci maddədən “, texniki şərtlər pasportu və icazə müqaviləsi” sözləri çıxarılsın və “onların” sözü “onun” sözü ilə əvəz edilsin.

6. 428.7.3-cü maddəyə “sahəsində” sözündən sonra “(o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində)” sözləri əlavə edilsin.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 mart 2019-cu il
№ 1522-VQD

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi