Arxiv

13.06.18

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

İyunun 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Parlament Sədrinin müavini, komitə sədri Bahar Muradova öncə komitənin sədr müavini Yevda Abramovu 70 illik yubileyi münasibəti ilə təbrik etdi, ona gələcək işlərində uğurlar arzuladı. Vitse-spiker millət vəkilinin qanunvericilik sahəsində səmərəli fəaliyyət göstərdiyini, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində faydalı işlər gördüyünü, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil etdiyini söylədi və bunların dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.


ətraflı

12.06.18

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. Parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra dövlət himni səsləndirildi.
İlk olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” sənədlə əlaqədar məlumat verdi. Bildirildi ki, dəyişikliyə görə, normativ hüquqi aktlarda dəyişikliklər edildikdə və ya ləğv edildikdə, həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın adı göstərilməlidir.
ətraflı

12.06.18

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

İyunun 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli bildirdi ki, gündəliyə bir sıra qanunlara nəzərdə tutulan dəyişikliklərlə bağlı məsələlər daxil edilib.


ətraflı

07.06.18

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ

İyunun 7-də Milli Məclisin Gənclər və idman komitəsində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan parlament Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, məlum olduğu kimi bir neçə həftə əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli Məclisin Gənclər və idman komitəsinin sədri olmuş Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edildi. Səfa Mirzəyev Fuad Muradova bu çətin və məsuliyyətli işdə uğurlar arzuladı. O, Dövlət Komitəsi sədrinin bu sahəyə yeni bir nəfəs gətirəcəyinə və ölkəmizdə bu vacib istiqamətin günün tələbləri səviyyəsinə qaldırılacağına əminliyini ifadə etdi.
ətraflı

06.06.18

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ TƏQDİMAT KEÇİRİLDİ

İyunun 6-da Milli Məclisin Aqrar siyasət komitəsində Əmlak Məsələləri Dövlət Komitəsinin torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatı keçirildi.
Təqdimatdan əvvəl iştirakçılar torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələrini əks etdirən xəritələrlə tanış oldular. 

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi