Arxiv

05.06.18

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

İyunun 5-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsinə baxıldı.


ətraflı

05.06.18

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

İyunun 5-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Əhliman Əmiraslanov əvvəlcə müzakirəyə təqdim edilən “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunda dəyişikliklər edilməsi barədə danışdı. Komitə sədri qeyd etdi ki, hazırda bütün dünyada insan orqan və toxumalarının transplantasiyası geniş yayılıb.


ətraflı

04.06.18

YAP SURAXANI RAYON TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

İyunun 4-də Milli Məclisdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatın Gənclər Birliyinin bir qrup üzvü Milli Məclisdə oldu.
Qonaqları Milli Məclisin Suraxanı rayonundan seçilmiş deputatı Sevinc Fətəliyeva salamladı. Onlara Milli Məclisin fəaliyyəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, qəbul edilən sənədlər barədə ətraflı məlumat verdi.


ətraflı

02.06.18

DEPUTATIMIZ AŞPA-NIN KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün iyunun 3-dən 6-dək Fransada səfərdə olacaq.

***

Daha sonra Sahibə Qafarova Almaniyanın İqtisadi Əməkdaşlıq və Federal Nazirliyinin dəstəyi ilə “Cənubi Qafqazda Yerli özünüidarəetmə Proqramı” çərçivəsində təcrübə mübadiləsi toplantısında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.


ətraflı

01.06.18

MİLLİ MƏCLİSDƏ UŞAQLARLA GÖRÜŞ KEÇİRİLDİ

İyunun 1-də Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda tədbir keçirildi.
Tədbir çərçivəsində Milli Məclisin foyesində uşaqların rəsm əsərlərindən ibarət “Mənim Azərbaycanım” adlı sərgi təşkil olunmuşdu.

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi