Arxiv

29.05.18

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Mayın 29-da Milli Məclisin İnsan hüquqları komitəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olundu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı, müstəqillik dövründə Azərbaycanın qazandığı nailiyyətlərdən danışdı.

Vitse-spiker gündəlikdəki məsələ barədə məlumat verdikdən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Sevinc Rəhimova qanun layihəsini təqdim etdi.


ətraflı

29.05.18

Milli Məclisin Sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak edib

Mayın 26-da Tbilisidə Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbiri keçirilib. Bayram münasibətilə Tbilisinin mərkəzi küçə və meydanları al bayraqlarla bəzədilib, Rustaveli prospektində yarmarka və əyləncəli proqramlar təşkil olunub. Bayram tədbirləri paytaxt Tbilisi ilə yanaşı, Batumi, Kutaisi, Rustavi, habelə azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda və digər rayonlarda da qeyd olunub.
Yubiley tədbirində iştirak etmək üçün 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Gürcüstana gəliblər.


ətraflı

25.05.18

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Mayın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və idman komitələrinin birgə iclası keçirildi. Əli Hüseynlinin sədrliyi ilə keçirilən iclasda əvvəlcə deputatlar “Normativ hüquqi aktlar haqqında” qanuna dəyişikliklər edilməsi barədə məsələni müzakirə etdilər.
Əli Hüseynli bildirdi ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən yaradılan və parlament tərəfindən qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanunla bağlı təxminən 50-yə yaxın qanuna dəyişiklik etmək zərurəti yaranıb.


ətraflı

25.05.18

YUBİLEY TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Tbilisi şəhərində səfərdə olacaq.


ətraflı

24.05.18

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli bildirdi ki, ölkə Prezidenti tərəfindən təqdim olunmuş Əmək Məcəlləsində və “Təhsil haqqında” qanunda dəyişikliklərin edilməsi ilə bağlı layihələr müzakirəyə çıxarılıb.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi