Arxiv

06.12.17

TÜRKPA-nın NÖVBƏTİ SESSİYASINDA

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün dekabrın 7-də Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək.


ətraflı

05.12.17

AŞPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın fakt araşdırıcı missiyasının tərkibində İtaliyanın paytaxtı Romada səfərdədir. Deputatımız AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə yola düşəcək.

ətraflı

04.12.17

AŞPA-NIN KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Dekabrın 4-dən 6-dək Macarıstanın Budapeşt şəhərində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iştirak edəcək.
*         *        *
Milli Məclisin deputatı Sevinc Fətəliyeva  Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün dekabrın 5-də Parisə yola düşəcək.

ətraflı

04.12.17

TOPONİMİYA KOMİSSİYASININ İCLASINDA

Dekabrın 4-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının növbəti iclası keçirildi. Komissiyanın sədri, akademik İsa Həbibbəyli bildirdi ki, ölkənin 1 şəhərindən və 14 rayonundan bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra hakimiyyətlərinin müraciətləri Toponimiya Komissiyasına daxil olmuşdur.


ətraflı

04.12.17

ATƏT PA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 24-cü toplantısında iştirak etmək üçün dekabrın 5-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi