ATƏT PA-nın TƏDBİRLƏRİNDƏ

04/12/17

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 24-cü toplantısında iştirak etmək üçün dekabrın 5-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
Büroda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə aid məsələlər, digər aktual mövzular  müzakirə olunacaq.
Nazirlər Şurasının 24-cü iclasında bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Azay Quliyev gündəlikdə olan məsələlərə münasibət bildirəcək, cari ilin oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərinə dair ATƏT-in seçki müşahidə missiyasının rəyi haqqında məlumat verəcək.
Səfər dekabrın 8-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi