SPİKERLƏRİN SAMMİTİNDƏ

14/05/18

Milli Məclisin Sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin 25-ci ildönümünə həsr olunmuş Spikerlərin görüşündə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.
Tədbirdə QDİƏT PM-də nümayəndə heyətimizin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.
Spikerlərin Sammitinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Qəhrəmanın çıxışları nəzərdə tutulmuşdur.
Görüş çərçivəsində parlament sədrlərinin Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının gələcək fəaliyyətində parlamentlərin rolu  mövzusunda çıxışları gözlənilir.
Tədbirin sonunda qurumun 25 illiyi ilə əlaqədar Birgə Bəyanat imzalanacaq.
Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyəti başçıları ilə bir sıra görüşləri baş tutacaq.

Səfər mayın 16-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi