QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ

14/06/18
İyunun 19-dan 21-dək Albaniyanın Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 51-ci plenar sessiyası, həmçinin Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclasları keçiriləcəkdir. 
Tədbirlərdə QRİƏTPA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvləri Jalə Əliyeva, Aydın Mirzəzadə, Musa Quliyev, Əflatun Amaşov iştirak edəcəklər. 
 İclaslarda Parlament Assambleyasının fəaliyyəti barədə hesabat dinləniləcək, Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv dövlətlərin iqtisadi, ekoloji, mədəni və sosial inkişafının ümumi məqsədləri, bu ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, mədəni əməkdaşlığın möhkəmləndirilməsi və multikulturalizm mövzuları müzakirə olunacaqdır.
  Hüquqi və siyasi məsələlər üzrə Komitənin iclasında isə komitənin sədr müavini Eldar Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaqdır.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi