AŞPA-NIN KOMİTƏ İCLASI KEÇİRİLƏCƏK

14/03/19
Martın 18-də Fransanın Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı Elşad Həsənov iştirak edəcək.
İclasda Müstəqil araşdırmalar mərkəzinin AŞPA çərçivəsində korrupsiyaya dair iddialar barədə hesabatı dinləniləcək, komitənin verdiyi nəticələrin və tövsiyələrin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparılacaqdır.
Səfər martın 19-da başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi