2018-ci il 6 mart tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ

PROTOKOLU № 59

Milli Məclisin iclas salonu.
6 mart 2018-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

İdris İsayev, Azərbaycan  Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Yalçın Müslümov, Azərbaycan Respublikası  əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili  (ombudsman) haqqında”  Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli  930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
24. Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 98
Nəticə: Qəbul edildi

1. Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Aydın Mirzəzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili  (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

4. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli  930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

7. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

8. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

9. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

11. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

12. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

13. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.21 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 108
Nəticə: Qəbul edildi

17. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.29 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

23. Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov, Əli Məsimli, Ziyafət Əsgərov, Aydın Hüseynov, Mirzəcan Xəlilov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–13-cü  maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: 14–30-cu maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 99
Nəticə: Qəbul edildi

24. Məcburi dövlət sosial sığortası sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Hadi Rəcəbli, Əli Məsimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

6 mart  2018-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 100
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 98
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun.
Gündəlikdə 24 məsələmiz var. Gündəliyin birinci məsələsi Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2005-ci il 23 noyabr tarixində qəbul edilmiş konvensiya dörd fəsil, 25 maddədən ibarətdir. Konvensiyada onun tətbiq dairəsi, istisnalar, anlayışlar, təfsir, tərəflərin yeri, elektron kommunikasiyaların hüquqi tanınması, forma ilə bağlı tələblər, elektron kommunikasiyaların göndərilməsi və qəbul edilməsi vaxtı və yeri, tətbiq edilmə vaxtı və sair məsələlər öz əksini tapmışdır. Konvensiya ölkədə elektron ticarətin təşkilinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına və elektron imza sertifikatının beynəlxalq miqyasda qarşılıqlı tanınması üzrə hüquqi bazanın təkmilləşdirilməsinə mühüm töhfə verəcəkdir. Məlumat üçün bildirirəm ki, ölkəmiz bu konvensiyaya öz bəyanatı ilə qoşulur. Həmin bəyanat və konvensiyanın mətni sizlərə təqdim olunmuşdur. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Mən bir şeyi diqqətə çəkmək istəyirəm ki, Azərbaycan imzaladığı bütün beynəlxalq sənədləri xüsusi qeyd ilə imzalayır. Göstərir ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və bu işğala görə həmin ərazidə konvensiyanın işləməsini təmin edə bilmir. Amma söhbət tamam başqa bir şeydən gedir ki, Azərbaycan xüsusi qeydlər ilə düşdüyü vəziyyəti bir daha beynəlxalq ictimaiyyətin yadına salır, beynəlxalq hüququn Azərbaycanın müəyyən ərazisində işləmədiyini göstərir.
Eyni zamanda, bu, tarixdir, həmin sənədlər qalır. Yüz illərdən sonra tədqiqatçılar bu məsələdə Azərbaycanın prinsipial mövqeyini görəcəklər. Vaxtilə Azərbaycanın başına gələn ağrının mahiyyətini dərk edəcəklər. Ona görə də Azərbaycanın beynəlxalq konvensiyaları imzalayan zaman bu xüsusi qeydlər ilə imza atmasını çox düzgün addım sayıram və bundan sonra da bu cür davam etməsini arzulayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, konvensiyaya münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
13 məsələ bir məktub ilə daxil olub. 2-ci məsələ Konstitusiya qanunudur. Xahiş edirəm, bir az diqqətli olaq. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, bildiyiniz kimi, 2017-ci il martın 10-da “Əmək pensiyaları haqqında” Qanunda çox əhəmiyyətli dəyişikliklər edildi. Bu dəyişikliklər həmçinin 1-ci qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda indiki və sabiq ombudsmanın pensiya təminatı məsələsini həll edirdi. Qeyd etdiyim kimi, zamanında bu qanun qəbul olunub, qüvvədədir. Amma sahəvi qanunlarda, o cümlədən “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanunda da bu texniki düzəlişi etməyə ehtiyac vardı. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir                      101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Əli müəllim, növbəti qanunların bir neçəsi eynidir. Bir yerdə təqdim edin, ayrılıqda səsə qoyarıq. Növbəti məsələ Seçki Məcəlləsində  dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Xahiş edirəm, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, qeyd etdiyiniz kimi, 13-cü məsələ də daxil olmaqla müzakirəyə çıxarılmış məsələləri iki kateqoriyaya bölmək olardı. Birincisi, dediyim kimi, ombudsmanın pensiya təminatı, digəri isə Mərkəzi Seçki Komissiyası üzvlərinin, Milli Məclis deputatlarının və onların ailə üzvlərinin qulluq stajına görə əmək pensiyalarına əlavələrin təyin edilməsi mexanizmidir. Bu, sırf birinci qrup əlil şəxslər ilə bağlıdır. Digər bir kateqoriya isə əmək pensiyaları haqqında adını çəkdiyim qanunda müəyyənləşdirildiyi kimi, dövlət qulluğunun xüsusi növü olan prokurorluq, ədliyyə, fövqəladə hallar və miqrasiya orqanları əməkdaşlarının güzəştli pensiya hüququ əldə etməsi üçün həmin qurumlarda stajın müvafiq olaraq 10 il artırılması ilə bağlıdır. Yəni əvvəl 25 il idi, indi 35 il olub. Bir daha vurğulamaq istəyirəm ki, bu qanun qəbul olunub, qüvvədədir. Tətbiq olunur. Amma adı çəkilən sahəvi qanunlarda da pensiya təminatı ilə bağlı müddəa olduğuna görə, uyğunlaşdırılması tələb olunur. Buna görə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Əli müəllim, yəni Siz bu, bütün qanunlara aiddir deyirsiniz, ya təkcə ikinci məsələyə?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bütün qanunlara aiddir. Qüdrət Həsənquliyev buyursun.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! Əlbəttə, bu dəyişikliklərə mən də səs verəcəyəm. Amma Seçki Məcəlləsində dəyişikliklə bağlı biz qanuna dəyişiklik elədiyimiz üçün bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Ölkədə Prezident seçkiləri elan olunub. Seçki Məcəlləsinə görə, seçkilərin, o cümlədən namizədlərin lehinə və ya əleyhinə təbliğat və ya əks-təbliğat aparmağa seçkilərə 20 gün qalmış icazə verilir. Bəs onda Milli Şura adlanan milli quruma belə hüquq niyə tanınır? Onlar martın 10-da bilirsiniz ki, mitinq keçirmək istəyirlər və mətbuatda yayılan informasiyalara görə, bu, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sanksiyalaşdırılıb. Axı qanunların aliliyini istəyən qurumun özü belə təşəbbüsdə olmamalıdır. Yeri gəlmişkən, birdən kim isə düşünə bilər ki, mənim hansısa narahatlığım var. Qətiyyən yoxdur. Sadəcə, qanunlara hörmət lazımdır. Yoxsa kim isə düşünürsə ki, Əli Kərimli kimi bəduğur, savadsız, ağılsız qərarları və davranışları ilə tərəfdarlarına yalnız məhrumiyyətlər yaşatmış, xalq hərəkatını və demokratiyanı gözdən salmış, 2 gün öncə Milli Şura adından bəyanat verərək, əxlaqsız söyüş söyənləri tənqidçi adlandırmış, özü də həmin əxlaqın daşıyıcısı olan bu ünsürün çağırışına savadlı və yetkin insanlar ciddi yanaşacaqlar, böyük səhvə yol verir.
Mən bu ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunmasını alqışlayıram, amma ayın 19-dan sonra. Yəni martın 19-dan sonra, seçkilərə 20 gün qalmış təbliğat kampaniyasına imkan verilir. Ondan sonra gündə mitinq keçirsinlər və hər gün bu seçkinin əleyhinə kampaniya aparsınlar. Amma hazırda, Oqtay müəllim, bu, seçki qanunvericiliyinin kobud surətdə pozulmasıdır və mən də hesab edirəm ki, biz Bakı Şəhər İcra Hakimiyyətindən bununla bağlı izahat tələb eləməliyik ki, niyə seçki qanunvericiliyinin bu formada pozulmasına şərait yaradır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi müəllim, Sizin əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ziyad müəllim, bəs Sizin?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli müəllim dəyişikliyi dedi. Xahiş edirəm, bu qanunları növbə ilə səsə qoyaq. Gündəliyin 3-cü məsələsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
4-cü məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
5-ci məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 6-cı məsələsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 7-ci məsələsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 8-ci məsələsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 104
Əleyhinə     0
Bitərəf     0
Səs vermədi     0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 9-cu məsələsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 10-cu məsələsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 11-ci məsələsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 12-ci məsələsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 13-cü məsələsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bu qəbildən olan sonuncu, 14-cü məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 15-ci məsələ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Sədr, 16-cı məsələ də eynilik təşkil edir. İcazə versəniz, hər ikisini məruzə edərdim. Bildiyiniz kimi, 2016-cı ildə cənab Prezidentin fərmanı ilə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında publik hüquqi şəxs yaradıldı. Həm Şəhərsalma Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində bu qurumun, yəni Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsin səlahiyyətləri qeyd olunmuşdur. Amma qanunvericilik texnikasına uyğun olaraq bu qurum müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum kimi qeyd olunur və məhz buna görə də həm Şəhərsalma Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində bu ifadənin işlədilməsi təklif olunur. Bu, təqdirəlayiqdir. Səs verilməsini xahiş edirəm və eyni zamanda, qeyd etmək istəyirəm ki, qısa zaman çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsi sosial evlərin tikintisi ilə bağlı əhali üçün çox mütərəqqi işlər də görür. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, 15-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.21 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 16-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun. 17-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Növbəti 18–19-cu məsələlər bir zərflə daxil olub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Sağ olun. Bu məsələ də uyğunlaşdırma xarakteri daşıyır. Amma qısaca mahiyyətini diqqətinizə çatdırmaq istəyirəm. 2017-ci il 16 may tarixində “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq komitə tərəfindən düzəliş təqdim olundu. Belə ki, bu düzəlişin mahiyyətinə görə Azərbaycanda islam dininə aid ayin və mərasimlər xaricdə təhsil almış Azərbaycan vətəndaşları tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmaqla həyata keçirilə bilər və həmin düzəliş artıq qüvvədədir. Bu düzəlişə görə də Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik təklif olunur. Əvvəl də bizim qanunvericilikdə islam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış vətəndaşlar tərəfindən aparılması qadağan idi. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində də tələbələrin göndərilməsi, təhsil mübadiləsi, müəllimlərin mübadiləsi məsələsi qadağan idi və buna görə inzibati məsuliyyət nəzərdə tutulurdu. Amma 2017-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla müəyyən bir düzəliş etdik. Bu düzəliş indi həm Cinayət Məcəlləsinin, həm də İnzibati Xətalar Məcəlləsinin dispozisiyasında öz əksini tapır. Yəni burada uyğunlaşdırma baş verir. Amma nə Cinayət Məcəlləsində, nə də İnzibati Xətalar Məcəlləsində sanksiyalar dəyişilmir, nə azalmır, nə artmır, ona görə də qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı təklifə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm, xaricdə dini təhsillə bağlı məsələlərin bu cür tənzimlənməsi faydalıdır. Ən azı, bu sahənin nəzarət altında saxlanması, ölkəmiz üçün daha faydalı və mütərəqqi dini dünyagörüşə sahib olan kadrların yetişdirilməsi və dinin hər hansı siyasi alətə çevrilməsinin qarşısının alınması üçün bu işlər görülməlidir. Qanunvericilikdəki bu dəyişiklik də müsbətdir. Çünki xarici ölkələrdən gəlib bu ölkədə din adı ilə həmin ölkələrin siyasi təbliğatını aparan çox sayda insan var. Amma dəyişiklik tam  şəkildə  onu ehtiva eləmir və məhdudlaşdırıcı xarakter daşıyır. Bunun daha dəqiq izahını verməyimiz, yaxud dəyişiklik etməyimiz lazımdır. Əli müəllim burada qeyd elədi, dəvət olunan din xadimləri istisna olmaqla. Məsələn, xarici ölkədə həmin adam heç din xadimi sayılmır, universitetin professorudur, amma din elmləri üzrə mütəxəssisdir. Ona görə mən təklif edərdim ki, “din xadimləri və digər şəxslərin” olsun. Din xadimi deyil, elm   xadimidir, çağırılıb ölkəyə, onun dini təbliğat aparması müsbət ənənədir. Maarifçilik istiqamətində 5 mühazirə oxuyacaq. Ona görə qanunda biz yeni bir şey qəbul eləməyək deyə, bu məsələyə baxmağımız vacibdir.
Mən elə bu qanunla bağlı digər məsələni təklif edərdim. İctimai televiziyada bir veriliş izləyirdim, o verilişdə göstərilirdi ki, dövlət tərəfindən müəyyən ziyarətgahların, imamzadələrin, başqa komplekslərin təmirinə pul ayrılır, insanların tələbatına uyğun müəyyən işlər görülür. Bu, müsbət haldır. Bunu söyləmək də, demək də zərərli hal deyil. Amma verilişlər o istiqamətdə qurulur ki, sanki Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərləri gedib ziyarətgahlara baş çəkmək, nəzir verməkdir, bunlardan böyük dəyər yoxdur. Ölkənin əsas dəyəri universitetdir, institutdur, universitetin ən böyük dəyəri elmdir, akademiyadır. İctimai televiziya vasitəsilə cəmiyyətə bu təbliğ olunmalıdır.
İnanın ki, sovet dövründə cəhalət, nadanlıq bu qədər təbliğ olunmurdu. İnsanlar yerli səviyyədə məsələ qaldırıblar, bu qədər pul ayrılıb, təmir olunub. Dövlət bunu insanların fikrini, təşəbbüsünü nəzərə alaraq elədi, əhsən. Amma bunun təbliğat yönünün bu dərəcədə şişirdilməsi, gözəl ənənə olaraq, milli-mənəvi dəyərimiz olaraq təbliğ edilməsi, xüsusilə də İctimai TV-dən bunun edilməsi olduqca nöqsanlı və zərərli bir haldır. Azərbaycanda az qalır desinlər ki, hər universitetin həyətində bir ziyarətgah açmaq lazımdır, bir imamzadə türbəsi açmaq lazımdır. Belə olmaz axı.
Xaricdə təhsil alan elm adamlarımızı təbliğ eləmək, onların nailiyyətlərini göstərmək lazımdır, amma müasir dövrdə təzədən ziyarətgaha qayıdacağıqsa, molla İbrahimxəlil kimyagərin yanına qayıdacağıqsa, onda yeni dövrə necə adaptasiya olunacağıq? Bu baxımdan da televiziyaların bu siyasətini kəskin qınayıram. Hesab edirəm ki, bu məsələdə dozanı aşağı salmaq olduqca vacibdir. Təmir olunub, yaxşı işlər görülüb, olsun, amma bunun təbliğat vasitəsinə çevrilməsini tamamilə yanlış hesab edirəm. Hətta bəzi alimlər, insanlar da çıxıb bunun çox faydalı olduğunu isbatlamağa çalışırlar. Bu, yanlış yoldur. Mən bunu doğru hesab eləmirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. Biz bu qanun layihəsini vaxtilə müzakirə edib qəbul eləmişik, amma dediyiniz sözlərdə həqiqət də var. Gələcəkdə qanun layihəsi müzakirə olunanda baxmaq olar, bu isə uyğunlaşdırmadır. Xahiş edirəm, gündəliyin 18-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.29 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 19-cu məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 20-ci məsələ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli  millət vəkilləri! Qanun layihəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 25 aprel tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanmışdır və daşınmaz əmlaka, mülkiyyət və digər əşya hüquqlarına dair çıxarışın hüquq sahibinin istəyi əsasında ona kağız formasında təqdim edilməsini, yaxud elektron imza ilə təsdiqləməklə hüquq sahibinin elektron üsulla əldə etməsi imkanının təmin edilməsini nəzərdə tutur. Bu məqsədlə qanunun 9-cu maddəsinin birinci abzasında “iyirmi gün” sözləri “on gün” sözləri ilə əvəz edilir. Eyni zamanda, bayaq qeyd etdiyim kimi, elektron imza ilə təsdiqləməklə hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin etmək nəzərdə tutulur. Bu qanun layihəsi uyğunlaşdırma xarakteri daşıdığı üçün millət vəkillərindən səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Sağ olun, Oqtay müəllim. Bu məsələ də mütərəqqi dəyişiklikdir, buna səs verəcəyik. Həm iyirmi gündən on günə endirilməsi, həm də elektron imza forması. Xarici ölkələrdə bu, ənənəvi bir formadır və bizim bunu tətbiq eləməyimiz yaxşıdır. Burada bir məsələyə də istərdim, Ziyad müəllim aydınlıq gətirsin. Təhvil verilməmiş binaların xeyli hissəsində insanlar müəyyən dərəcədə mənzilə mülkiyyət haqqı tanıdan sənədlər əldə edə bilirlər. Bunu əldə etmək mümkündürsə, binanın hansısa qurumlar tərəfindən qəbul edilib-edilməməsindən asılı olmayaraq, minimum iki il ərzində o binada yaşayış varsa, həmin binanın mülkiyyət sənədini həmin on gün müddətində alması üçün vətəndaşa şərait yaradılmalıdır.
Yüzlərlə, minlərlə insan binaya köçür, 7–8–10 il yaşayır. Onun günahı deyil ki, Bakı Şəhər İcra Hakimiyyəti, yaxud başqa qurumlar binanı lazımi sənədlər olmadığına görə qəbul etməyiblər. Amma faktiki insan yaşayır. Əgər bina qəbul olunmayıbsa, insan yaşamamalıdır. Yaşayışa uyğun deyilsə, insanların hamısını o binadan çıxarmaq lazımdır, əgər uyğundursa, 2–3–4 il yaşayırsa, bu məsələ öz həllini tapmalıdır. Burada, məncə, birmənalı şəkildə o istiqaməti göstərməliyik. Çoxmənzilli binalarda yaşayan şəxslərin də bu hüququ tanınmalıdır. Artıq o, mənzilə özünün mülkiyyət sənədini almalıdır, bu sənədi 10 il sonra rəsmiləşdirəcəklərsə, bu artıq bina sahibinin öz probleminə çevrilməlidir, vətəndaşın probleminə çevrilməməlidir. Biz bina sahibinin də yükünü, icra hakimiyyətinin də yükünü vətəndaşın boynuna yıxmışıq, vətəndaşa nə dəxli var, pulunu verib, evini alıb, sənədini verin. Yaşamaq mümkün deyilsə, evi verməyin, işıq, qaz verməyin. Ona görə də Milli Məclis olaraq, Oqtay müəllim, bu məsələdə həssaslığınızı bilirəm, vətəndaşların yükünü azaltmaq üçün heç olmasa, yüngülləşdirici addımlar ataq ki, on minlərlə insan Milli Məclisin bu addımından razı qalsın. Ona görə müvafiq komitədə bu məsələyə yaxın vaxtlarda baxılması, məncə, məqsədəmüvafiq olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bu istiqamətdə işlər gedir, çalışırıq ki, bəzi məsələlər həll olunsun. Bunun səbəbləri çoxdur, özünüz də bilirsiniz. Birinci, təhvil verilməmiş binaya köçməli deyillər, mən Sizinlə tamamilə razıyam, bu istiqamətdə işlər gedir, yəqin bir nəticə olacaq. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, 20-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 21 və 22-ci məsələlər bir məktubla daxil olub. “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında.  Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihələri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 2 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanmışdır. Qeyd olunan qanunlarda “qeydiyyata alınmış” və “qeydə alınmış”  sözləri  müvafiq olaraq “dövlət qeydiyyatına alınmış”  sözləri ilə əvəz olunur. Göründüyü kimi, redaktə və texniki xarakterli dəyişikliklərdir. Ona görə də millət vəkillərindən hər iki qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm,  21-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
22-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Növbəti 23-cü məsələ Ələt azad iqtisadi zonası haqqında qanun layihəsinin ikinci oxunuşudur. Buyurun, Valeh Ələsgərov. 

V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputat həmkarlar, birinci oxunuşdan sonra bildiyiniz kimi, yenə də müvafiq komitələrin iclasları keçirilmişdir. O iclaslardan əvvəl və sonra ayrı-ayrı deputatlarla keçirilən görüşləri də nəzərə alsaq, verilmiş təkliflərin  bəziləri qəbul edilmiş, bəziləri isə başqa bir variantda düzəlişlər şəklində göstərilmişdir. İkinci oxunuşa təqdim etdiyimiz variantda aşağıdakı əlavələr və dəyişikliklər edilib.
1-ci maddənin 1.0.3-cü bəndində təkrarlanan “səlahiyyətli” sözü çıxarılıb. 1.0.11-ci bənddə “developer” anlayışı kiçik hərflə verilib. Bu cür kiçik hərflə verilmiş anlayışlar bütün bəndlərdə mövcuddur. Həmin bəndin sonunda “Azad Zona səlahiyyətli qurumunun hər hansı digər tərəfdaş hüquqi şəxsi” ifadəsi həm qrammatik, həm də hüquqi cəhətdən daha düzgün şəkildə “Azad Zona səlahiyyətli qurumunun tərəfdaş olduğu hər hansı digər hüquqi şəxs” ifadəsi ilə əvəz olunmuşdur.  Bu qanunda istifadə olunan anlayışlarda “Azad Zona hüquqi şəxsləri” sözləri “Azad Zona hüquqi şəxsi” sözləri kimi verilmişdir. Bu da yəqin ki, başadüşülən anlayışdır. 1.0.5-ci bənddə “zona” sözü  böyük hərflə verilir, çünki ondan yuxarıda “Azad Zona” anlayışı böyük hərflərlə verilmişdir. 1.0.12-ci bənddə “müvafiq əsas iqtisadi orqan” sözləri daha düzgün olsun deyə, “əsas iqtisadiyyatın müvafiq orqanı” kimi yazılmışdır. “Əsas iqtisadiyyat qurumları” anlayışındakı “qurumları” sözləri “orqanları” sözləri ilə əvəz edilmişdir. Çünki   mətndə  hər   yerdə “orqan” sözündən   istifadə olunduğuna görə, burada da “qurumları” “orqanlarla” əvəz elədik və nəticədə “Azərbaycan Respublikasının   dövlət   orqanları,  bələdiyyələri və hüquqi şəxsləri” sözləri “Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələri və hüquqi şəxsləri” formasında verilmişdir.
5-ci maddənin 5.0-cı bəndindəki cümlənin alt bəndlərə uyğunlaşdırılması məqsədi ilə “fəaliyyəti ilə bağlı” sözlərinin əvəzinə “fəaliyyətində aşağıdakılarla bağlı” sözləri verilmişdir. Cümlənin yeni redaksiyası bu qaydada alınmışdır: “Azad  Zona səlahiyyətli qurumu müvafiq  icra hakimiyyəti orqanı tərəfindən yaradılır və Azad Zonanın fəaliyyətində aşağıdakılarla bağlı tənzimlənməni və nəzarəti həyata keçirir”.
6.2.1-ci və 6.2.10-cu bəndə “maliyyələşdirilməsi” sözlərinin əlavə olunması həm 6.2.1-ci bəndin mətnini tamamlamış olur, həm də 6.2.10-cu bəndin məzmununa aydınlıq gətirir. Bu səbəbdən də 6.2.1-ci bəndə “maliyyələşdirilməsi” sözünü əlavə etdik. 6.2.1-ci bənd yeni redaksiyada bu qaydada verilir: “Azad Zonanın strateji məqsədlərinə uyğun olaraq Azad Zonanın fəaliyyətini, inkişafını, idarə olunmasını və maliyyələşdirilməsini təmin etmək”. 6.3-cü bənddə “qabaqcıl beynəlxalq təcrübəyə” sözlərindən sonra “beynəlxalq standartlara” sözləri əlavə edilmişdir, çünki hər yerdə bu şəkildə verilib.
7-ci maddənin 7.1-ci bəndindən ikinci cümlə, “Azad Zona səlahiyyətli qurumunun fəaliyyəti aşağıdakılara əsaslanır” cümləsi çıxarılmışdır. Azad Zona səlahiyyətli qurumunun idarə olunmasının şərtlərindən yarımbəndlər ayrıca bəndlərlə konkret cümlələr şəklində verilmiş və sıralama buna görə dəyişdirilmişdir. Məsələn, 7-ci mad-dənin 7.1.1-ci bəndi indi 7.2-ci bənd olmuş və bu qaydada yazılmışdır: “Azad Zona səlahiyyətli qurumunun idarə olunmasına, strateji məqsədlərinə çatmasına və fəaliyyətinə görə İdarə Heyəti məsuliyyət daşıyır”. Əvvəlki 7.2-ci bənd  7.3-cü bənd olmuş və mətnin həm yığcam, həm də əhatəli olması üçün əvvəlki redaksiyada olan “İdarə Heyəti Azad Zona səlahiyyətli qurumunun...” cümləsi yeni cümlə ilə əvəz edilmişdir: “İdarə Heyəti Azad Zona səlahiyyətli qurumunun idarə olunması ilə bağlı müvafiq sənədləri qəbul edir”. Yəni daha dəqiq cümlə ilə əvəz edilmişdir. 7.4-cü bənddə redaktə xarakterli dəyişiklik edilərək “İdarə Heyətinin” sözləri götürülmüş və bəndin birinci cümləsi belə formalaşmışdır: “İdarə Heyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunmuş sədr rəhbərlik edir”. Beləliklə, mənim fikrimcə, 7-ci maddə daha dəqiq və düzgün şəkildə göstərilmişdir.
8-ci maddənin 8.3.2-ci bəndinin sonuna “və ödəmələrdən” sözləri artırılmışdır. Bundan öncə “dividendlər” sözü göstərilmişdi. Ancaq real həyatda başqa ödəmələr də ola bildiyinə görə, məhdudiyyət olmasın deyə, “dividendlərdən və ödəmələrdən” sözləri yazılmışdır.
11-ci maddənin adında “hüquqları” və “vəzifələri” sözlərinin yerləri mətnə uyğun olaraq dəyişdirilmişdir. Yəni mətnlə maddənin adı eyni olsun deyə, bu sözlərin yeri dəyişdirilmişdir. 11.1.2-ci bənddəki “developer ərazisində infrasktrukturun” anlayışı məhdud çərçivədən çıxarılaraq daha geniş anlayışla əvəz edilmiş və infrastrukturun yalnız inkişafı deyil, həmçinin təbii olaraq yaradılması da qeyd olunmuşdur. Yeni redaksiya belə olmuşdur: “developer ərazisində infrastrukturun (o cümlədən zəruri daşınmaz əmlak obyektləri də daxil olmaqla) yaradılmasını və inkişafını təmin etmək. Bu dəyişiklik 11.1.3-cü bəndin layihədən çıxarılmasına səbəb olmuşdur. Birinci oxunuşun mətnində olan 11.1.5-ci bənd 11.1.3-cü bənd kimi verilmiş və həmin bənddə də redaktə xarakterli dəyişikliklər edilmişdir. Belə ki, “developer ərazisində infrastrukturdan, daşınmaz əmlakdan və digər aktivlərdən istifadə etmək və onların saxlanılmasını təmin etmək” ifadəsində “istismar etmək” sözləri “istifadə etmək” sözləri ilə əvəz edilmişdir. “İstismar” sözünün “istifadə” sözü ilə dəyişdirilməsi 11.2.1-ci bəndə də aid edilmişdir. 11.1.4-cü bənddə “və digər” sözlərinin artırılması kommunal təchizatçılarla yanaşı, digər xidmət təchizatçılarının da fəaliyyətini əhatə etmək imkanı verir. 11.1.6-cı bənd kimi qalan bəndlərin mətni də 11.1.2-ci bəndin mətninə uyğunlaşdırılmış və daha da genişləndirilmişdir.
Beləliklə, “Azad Zonaya yerli və xarici investisiyaları, xüsusən əsas infrastrukturun və daşınmaz əmlakın inkişafı ilə bağlı özəl sektorun investisiyalarını cəlb etmək” bəndi dəyişdirildikdən sonra bu qaydada verilmişdir: “Azad Zonaya yerli və xarici investisiyaları, xüsusən əsas infrastrukturun (o cümlədən zəruri daşınmaz əmlak obyektləri də daxil olmaqla) yaradılması və inkişafı ilə bağlı özəl sektordan və digər mənbələrdən investisiyaları cəlb etmək”. 11.3-cü bənddə cümlənin sonunda “yerinə yetirir” sözləri “həyata keçirir” kimi verilib: “Developer öz hüquqlarını və vəzifələrini Azad Zona qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə, beynəlxalq standartlara və Azad Zonanın strateji məqsədlərinə uyğun həyata keçirir”. Eyni ifadə bu maddədə developerə, digər maddələrdə Azad Zona səlahiyyətli qurumuna və müvafiq gömrük qurumuna da aid edilmişdir. Bayaq izah etdiyim kimi, “qabaqcıl beynəlxalq təcrübəyə”, “beynəlxalq standartlara” ifadələri qanun layihəsinin bütün mətnində istifadə olunub.
17-ci maddənin 17.2-ci bəndində zəruri dəyişikliklər aparılmışdır. “Mallar, işlək xidmətlər və sair” sözlərindən ancaq “mallar” sözü qalır. Çünki gömrük sərhədindən bu və ya o biri tərəfə ancaq malları daşımaq olar. Ona görə də müvafiq olaraq yeni mətn belə yazılmışdır: “Mallar Azad Zonadan əsas iqtisadiyyata” və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, bu cür mallara əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir”. Məqsəd bundan öncə dediyim kimi, əsas iqtisadiyyat təsərrüfatı subyektlərini haqsız rəqabətdən qorumaqdır. 17.3-cü bəndin ikinci cümləsi layihənin 6.3-cü və 11.3-cü bəndlərinə uyğun ardıcıllıqla verilmişdir. Yəni müvafiq gömrük qurumu öz fəaliyyətini Azad Zona qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə, beynəlxalq standartlara və Azad Zonanın strateji məqsədlərinə uyğun  həyata keçirir. 17.4-cü bəndin mətninə “gömrük tələblərini əhatə edən” sözlərinin artırılması gələcəkdə yarana biləcək qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. 17.4.1-ci bəndə “nişanlanması” sözü də gömrük tələblərinə uyğunlaşdırmaq üçün əlavə edilmişdir.
18-ci maddədə Dövlət Sərhəd Xidməti və onun sahil mühafizəsi ilə müzakirələrdən sonra maddənin yalnız əvvəlki variantda olan adı olduğu kimi qalmış, maddənin hər iki bəndinin ləğv edilərək bir cümlə ilə verilməsi qərara alınmışdır. Yeni mətn belədir: “Azad Zonanın sərhədi və ya sərhədinin bir hissəsi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşdüyü halda, Azad Zonada əsas iqtisadiyyatın qanunvericiliyi ilə müəyyən edilmiş dövlət sərhəd rejimi tətbiq olunur”. Bu da təbiidir. Çünki əgər Azad Zonanın sərhədləri dövlət sərhədi ilə üst-üstə düşməsə, onda bu Azad Zonada hər hansı bir sərhəd xidməti qurumunun yaradılmasına ehtiyac olmayacaqdır.
19-cu maddədə bir neçə bənddə “icarə” sözü “istifadə” sözü ilə əvəz edilmişdir. 20-ci maddədəki dəyişiklik maddəyə “sosial təminat məsələlərini həyata keçirmək” ifadəsinin artırılmasından ibarətdir. Bu da müzakirələr zamanı yaranmış bəzi anlaşılmazlıqları aradan qaldırmaq üçün əlavə edilmişdir. Hazırkı redaksiya belədir: “Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində əmək münasibətlərini tənzimləmək, o cümlədən əməyin təhlükəsizliyini təmin etmək və sosial təminat məsələlərini həyata keçirmək məqsədi ilə daxili qaydalar formasında əmək qaydaları qəbul edir”. Bundan əvvəlki mətndə yadınızdadır ki, bu məsələlər də qabaqcıl beynəlxalq təcrübəyə və beynəlxalq standartlara uyğun həll edilməli idi. 26.2-ci bəndin əvvəlinə “tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda” ifadəsi əlavə edilmiş, əsas iqtisadiyyat məhkəmələrinin baxmaq səlahiyyətində olmadıqları məsələlərin yalnız qanunun 4-cü maddəsində göstərilən hallarda istisna olmaqla deyil, qanunda göstərilən hallar istisna olmaqla verilməsi məqsədəuyğun sayılmışdır.
“Digər mübahisələrin həlli orqanları” 27-ci maddənin ikinci bəndində daha dəqiq olsun deyə, “mübahisələrin digər həlli qurumları” ifadəsi ilə əvəz edilmişdir. 27.3-cü bəndin ikinci yarımbəndi, 27.3.1-ci və 27.3.2-ci bəndlər birləşdirilərək 27.3-cü bənddə cəmləşdirilmişdir. Həmin bəndin yeni oxunuşu bu qaydadır: “Xarici məhkəmə, tribunal və ya digər məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların icrası Azad Zonada həyata keçirilən fəaliyyətlə və ya orada yerləşən əmlak və aktivlərlə məhdudlaşır. Bu qərarlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, beynəlxalq müqavilələr olmadıqda isə Azad Zona səlahiyyətli qurumunun qərarı ilə icra olunur”.
30-cu maddədə Azad Zonada Azərbaycan dili ilə yanaşı, işçi dil kimi ingilis dili də əlavə edilib, zərurət yarandığı hallarda başqa dillər də işlədilə bilər. Bu da təbii haldır. Çünki gələcəkdə misal üçün, almandilli ölkələrdən bir neçə yüz şirkət orada çalışacaqsa, işçi dil kimi alman dili də istifadə edilə bilər. Ya da başqa bir dil. Çox sağ olun. Əminəm ki, qanun layihəsini müzakirələrdən sonra səs verib qəbul edəcəyik.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Mən hesab edirəm, bu qanun layihəsi Milli Məclisdə o qədər çox müzakirə olunub ki, artıq Ələt azad zonası üzrə bütün millət vəkilləri mütəxəssisə çevriliblər, indi iki həmkarımız yazılıb. Qanun layihəsini əvvəl, xahiş edirəm, əsas kimi qəbul edək, sonra müzakirəsinə keçərik. Xahiş edirəm, əsas kimi münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, əsas kimi qəbul edildi. Buyursun Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri, xanımlar və cənablar! Fürsətdən istifadə edib qarşıdan gələn 8 mart münasibəti ilə bütün xanımları təbrik edirəm, uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayıram. Ələt iqtisadi zonası haqqında qanun layihəsinin birinci oxunuşundan ikinci oxunuşuna keçiddə açıq formada göründü ki, xeyli dəyişikliklər olub. Həmin dəyişiklikləri bu cür xarakterizə etmək olar ki, orada təkcə millət vəkillərinin dediyi deyil, eyni zamanda, həmin layihəyə tənqidi bir təhlil pozisiyası ilə yanaşmaqla da əlavə təkliflər olur. Ona görə hesab edirəm ki, ümumi işin xeyrinə olan təkliflər bu dəfə də qəbul ediləcək və həmin qanun layihəsi daha da təkmilləşdiriləcək.
Bu qanun layihəsi müzakirə olunan zaman diskussiya xarakterli 3 məqam daha çox qabardıldı. Birinci, bu qanun Azərbaycan Konstitusiyasına uyğundurmu? İkinci, bu qanun Azərbaycanın tərəfdar çıxdığı və hamılıqla qəbul olunan beynəlxalq hüquq normalarına uyğundurmu? Üçüncü, bu qanunun qanun yaradıcılığı prosesində nəzərə alınması hüquqi normativ aktlara uyğundurmu? Birinci məsələ ilə bağlı müzakirələr zamanı aydınlıq gətirildi ki, bu qanun Azərbaycan Konstitusiyasına uyğundur. Bu da təsadüfi deyil. Çünki Konstitusiyanın 8.0.1-ci maddəsində bu, bir tələb kimi ortaya qoyulmuşdur. Amma yenə də bir məqama aydınlıq gətirmək lazımdır ki, gələcəkdə bu məsələdə əlavə problem yaranmasın. O da bundan ibarətdir, qanun layihəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanı Ələt ərazisini həmin ərazini idarə edən inzibati quruma daimi istifadəyə verir. Amma qanun layihəsinin müvafiq maddələrinə baxsaq, görəcəyik ki, oradan həm müvafiq inzibati qurum, həm də developer istifadə edə bilər və sərəncam da verə bilər. Özü də yaxşı bilirsiniz ki, mülkiyyət hüququ sahiblik sərəncamından istifadədən ibarət olduğuna görə istifadəyə verilən bir əmlaka sərəncam vermək hüquqi cəhətdən problemlidir və buna mütləq aydınlıq gətirilməsi çox vacibdir. Yəni hansısa hüquqi və ya fiziki şəxsə nə isə istifadəyə verilibsə, onu sata bilməz. Bax, bu nöqteyi-nəzərdən məsələyə aydınlıq gətirilsə, demək olar ki, bu sahədə Konstitusiyaya uyğunluq məsələsində problem aradan qalxar. Çünki mülkiyyət məsələsi Azərbaycan dövlətinin maraqlarının ifadə edilməsinin vacib atributudur, hamı bilir.
İkinci, bu, beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərə uyğundurmu sualına da müsbət cavab vermək olar. Müvafiq maddədə açıq formada göstərilib ki, mübahisəli məsələlərdə bilavasitə Azərbaycanın imza atdığı, tərəfdar çıxdığı bütün müqavilələrə uyğun surətdə addım atılacaq.
Üçüncü məsələ isə normativ hüquqi aktlarla bağlıdır. Bu  məsələ komitələrin birləşmiş iclasında müzakirə olunan zaman bildirildi ki, normativ hüquqi aktlarda müəyyən dəyişikliklər edilə bilər. Mən buna müsbət yanaşıram, amma yenə də elə məqamlar var ki, normativ hüquqi aktlarda onu dəyişmək mümkün deyil. Məsələn, preambula məsələsini dəyişmək olar. Amma məqsəd məsələsini, mənə elə gəlir ki, oradan çıxarmaq mümkün deyil. Çünki bütün qanunlarda məqsəd və vəzifə məsələsi öz əksini tapmalıdır. Bax, bu nöqteyi-nəzərdən məsələyə yanaşanda yenə də “Normativ hüquqi aktlar haqqında” Qanunda ziddiyyətlər məsələsi var ki, yenə də bunu  dəyişmək olmaz. Ona görə ki, həmin ziddiyyətləri qanunda aradan qaldırmaq lazımdır.
Bəzi məqamları qeyd etməklə fikrimi davam etdirmək istəyirəm. Əgər bu, Dubay modelidirsə, Cəbəl Əli Azad İqtisadi Ticarət Zonasının modeli əsasında hazırlanıbsa, aydın məsələdir ki, bu, nou-hau deyil. Beynəlxalq təcrübədə tətbiq olunan üsuldur. Azərbaycana tətbiqən də nou-hau deyil, çünki 1990-cı illərin əvvəllərində Mərkəzi Komitənin ikinci katibi Polyaniçko tərəfindən, 1990-cı illərin yenə də əvvəllərində beynəlxalq ekspertlərlə yerli ekspertlər tərəfindən, bir də 1990-cı illərin sonunda BMT-nin koordinatoru Lembonun iştirakı ilə Sumqayıtda buna bənzər modellər hazırlanıb. Birinci, ikinci tam bu idi, bundan da sərt idi, amma üçüncü, Lembonunku bir balaca yumşaq idi. Bu model aktı ilə bağlı qanunvericilik sənədləri hazırlanıb. Eyni zamanda, əgər təcrübəni götürsək, bir məqamı xüsusi qeyd etmək lazımdır. O da bundan ibarətdir ki, biz bilavasitə bu qanundan çıxış edəndə əgər orada yazmışıqsa ki, hüquqi rejimi müəyyən edir, bütün hüquqşünaslar bilirlər ki, hüquqi rejim müxtəlif səviyyəli qanunların, qərarların və digər normativ aktların kompleksidir, məcmusudur. Burada da hüquqi rejim müəyyən edilir, amma onun əsaslarını müəyyən etməklə başqa qanunlara, məsələn, Cinayət Məcəlləsinə istinad olunur, Azərbaycanın sərhədi ilə bağlı qanuna istinad olunur. Məsələn, azad iqtisadi zonadan məhsul çıxanda Azərbaycanın qanunu işləyir nöqteyi-nəzərindən yanaşanda hesab edirəm, burada hüquqi rejim əvəzinə hüquqi rejimin əsasları yazılsa, daha aydın olacaq ki, burada bəzi başqa məqamlar da öz əksini tapıb. Əgər belə olsa, mənə elə gəlir ki, müəyyən ziddiyyətli məqamlar aradan qalxacaq.
Sonra, əgər Ələt azad iqtisadi zonası ilə bağlı tərifə baxsaq, görəcəyik ki, Ələt azad iqtisadi zonası haqqında bildirilir ki, həmin zona bu qanuna uyğun olaraq sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan zonadır. Hesab edirəm ki, bu strateji məqsəd heç də tam aydınlıq gətirmir. Bu nöqteyi-nəzərdən əvvəlinə əgər mümkünsə, “xüsusi rejim şəraitində” sözlərini yazmaqla bunu daha da gücləndirmək olar. Əgər biz Cəbəl Əliyə baxsaq, görərik ki, ingiliscəyə çevrilmiş formasında Cəbəl Əli azad zona adlanır, həm də JAFZA kimi onun bilavasitə qısaldılmış forması var. Ona görə də abstrakt formada azad zona əvəzinə Ələt azad zonasının yaradılması Ələtin xeyli dərəcədə beynəlxalq səviyyədə də tanıdılmasına böyük təsir göstərəcək. Deməli, növbəti qaldırmaq istədiyim məsələ ondan ibarətdir ki, mənə elə gəlir, cinayət hüququnun bu qanunun 4-cü maddəsində verilməsi tezdir. Yəni bütün qanunlara baxanda görürük ki, cinayətlə bağlı məsələ arxada verilir. Əgər belə olsa, onda 29-cu məsələdə olan uyğunsuzluq da bir-birinin ardınca müəyyən dərəcədə aradan qalxar və hesab edirəm ki, bu sahədə heç bir problem olmaz.
Növbəti demək istədiyim məsələ “Normativ hüquqi aktlar haqqında” Qanunla bağlıdır. Hər bir qanunun sonunda o qanunun qüvvəyə minməsi barədə xüsusi maddə var. Bu maddənin içində nə forma veriləcəksə, – imzalandığı gündən, xüsusi fərmanla və sair, – o başqa məsələdir, amma bu qanunda da qanunun qüvvəyə minməsi haqqında müvafiq maddənin artırılmasını vacib  hesab edirəm. Belə sadalanan məqamlar  o qədər də mahiyyətinə təsir göstərən məsələ deyil. Amma məqsədlə bağlı bir məsələyə xüsusi diqqət etmək istərdim. Bu qanun layihəsində bilavasitə 11 dəfə strateji məqsəddən söhbət gedir, lakin heç  11 bənddə bu məsələyə aydınlıq gətirilmir. Ona görə də  çox uzağa getmədən hesab edirəm, layihənin 6.2.3 və 6.2.4-cü bəndlərində yaradıcılıqdan istifadə edib  xüsusi hüquqi rejim şəraitində qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun əlverişli investor, biznes  və sahibkarlığın formalaşdırılması, investorların etimadının artırılması, bürokratiyanın maksimum dərəcədə aradan qaldırılması üçün istənilən yerdə texnoloji vəsait  çox gözəl bir ifadədir. Hesab edirəm ki, yazdığınız bu gözəl ifadədən istifadə etməklə strateji məqsədi ifadə etmək olar. Diqqətinizə görə təşəkkür edirəm, uğurlar arzulayıram və səs verməyə çağırıram.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İkinci oxunuşda müzakirə etdiyimiz qanun layihəsi çox mükəmməl bir qanundur. Bütün parametr və keyfiyyətlərinə görə onu ən nümunəvi qanunlar sırasına aid etmək olar. Qanun tətbiq olunduqdan sonra isə o, ölkə iqtisadiyyatında çox mühüm rol oynayacaq. Mən istərdim, çox qısaca olaraq bu qanunun 18-ci maddəsi ilə bağlı fikir bildirim. Bu qanun konkret bir məkana aid olan qanundur. Yəni Ələt azad iqtisadi zonasına aiddir. Düzdür, Qaradağ da demək olar, ancaq bir daha təkrar edirəm, konkret bir əraziyə aiddir. Burada isə Azad Zonanın sərhəd rejimi göstərilir. Azad Zonanın sərhədi və sərhədinin bir hissəsi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşdüyü halda Azad Zonada əsas iqtisadiyyatın qanunvericiliyi ilə müəyyən edilmiş dövlət sərhəd rejimi tətbiq olunur. Biz əgər, ümumən, azad iqtisadi zonalar haqqında qanun qəbul etsəydik, onu müzakirə etsəydik, bu, sözsüz, çox yerində olan bir maddə olardı. Ancaq bu gün bir daha təkrar edirəm, əvvəlcədən müəyyənləşdirilmiş konkret bir
məkan üçün azad iqtisadi zona ilə bağlı qanunu müzakirə edirik. Məlumdur ki, Ələt dövlət sərhədi ərazisinə düşmür. Ona görə də bu maddənin özü, demək olar ki, burada artıqdır. Bir daha qeyd edirəm ki, qanun mükəmməldir, yüksək səviyyədə peşəkarcasına hazırlanmış bir qanundur və səs verməyimiz lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mirzəcan Xəlilov.
M.Xəlilov. Çox sağ olun, Ziyafət müəllim. Mən hər iki komitədə iki dəfə müzakirələrdə iştirak etmişəm. Hörmətli Valeh müəllim bu gün bütün bəndlər üzrə açıqlama verdi. Mənim bu bəndlərə heç bir etirazım yoxdur,  səs də verəcəyəm.
Ümumən, Ələt azad iqtisadi zonası haqqında istərdim ki, bəzi fikirlərimi sizə çatdırım. Mən deyərdim ki, Ələt azad iqtisadi zonasının gələcəkdə işləməsi “Əsrin müqaviləsi”nin imzalanmasının 25 il müddətinə uzadılması qədər ölkəmiz üçün əhəmiyyətlidir, mən bununla müqayisə edərdim. Bu iqtisadi zona çox strateji bir nöqtədə yerləşir. Əgər biz seçim etməyə başlasaq ki, bu zona Ələtdə deyil, Azərbaycanın hansısa başqa bir zonasında yaradılsın, mən hesab edirəm, belə bir alternativ yoxdur. Ələt elə bir yerdə yerləşir ki, ölkəmizin 4 istiqamətində Bakı şəhərinə girmədən dəniz vasitəsilə Şərqə, dəmir yolu, avtomobil yolu ilə Cənuba, Şimala, eyni zamanda,  Qərbə yüklərin daşınması, qonaqların gəlib-getməsi üçün tam şərait var.  Amma burada nəyi sizin nəzərinizə çatdırmaq istəyirəm? Bakı şəhərindən Ələt istiqamətinə, eləcə də  Cənuba, Qərbə gedəndə Qobustanı keçəndən sonra istər sağda, istərsə də solda, hesab edin ki, boşluqdur. Azərbaycan ərazisinin həm iqtisadi  cəhətdən, həm də görüntü cəhətdən ən cəlb edilməyən yeridir. Biz buraya xarici investorları cəlb etmək istəyirik. Eyni zamanda, yerli sahibkarları da cəlb etməliyik. Ələt zonası Azərbaycanın elə bir zonasıdır ki, yağış il ərzində  çox az düşür. İqlim şəraiti də, hava şəraiti də o qədər yaxşı deyil. Oranı külək-duman bürüyəndə hətta günlərlə nəfəs almaq olmur.
Lakin nəzərinizə çatdırım ki, son bir neçə ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyi nəticəsində istər Ələt–Hacıqabul, istərsə də Ələt–Salyan istiqamətində kifayət qədər yaşıllıqlar salınmışdır. O yaşıllıqların salınması o qədər də  asan başa gəlmir. Torpaq şorandır, susuzdur. Lakin bu qənaətbəxş deyil. Hesab edirəm, bu zonada dövlət tərəfindən görüləsi işlər hələ çoxdur. Ələtə yaxınlaşanda sol tərəfdə 50–60 ev var. Ümumiyyətlə, təklif edərdim ki, gələcəkdə orada şəhərsalma planına uyğun olaraq inventarlaşdırma getsin. Gələcəkdə dənizə yaxın sahələrdə böyük layihələrin həyata keçirilməsi üçün kor-koranə investorlar gətirilib kim harada istəsə zavod, müəssisə tikintisinə şərait yaradılmasın. Bunun artıq zamanı gəlib çatmışdır.
Sonra, o zona üç rayon ərazisindədir. Əsasən, Qaradağda yerləşməsinə baxmayaraq, cəmi 15 kilometr Qərbə və Cənuba tərəf gedəndə həm Salyan rayonu, həm də Hacıqabul rayonu ərazisidir. Bu gün orada yaranacaq inzibati ərazinin hələ kimə məxsus olacağı da dəqiq deyil. Lakin buna baxmayaraq, mən hesab edirəm ki, bu zonada işlər artıq başlamalıdır. Xüsusi olaraq orada Bakı şəhərinin  yükünün azalması üçün böyük bir şəhərciyin salınmasına çox böyük imkanlar var. İlkin olaraq hesab edirəm ki, təhsil müəssisələrinin, xüsusən də peşə təhsili yönümlü böyük bir kompleksin yaradılmasının artıq vaxtı gəlib çatmışdır. Orada profili çox olan  peşə təhsili məktəblərinin tikintisi üçün yer ayrılmasına dövlət qayğısı özünü göstərməlidir. Mən Ələt zonasının dövlətimiz üçün nə qədər əhəmiyyət kəsb edəcəyini bilirəm, onu alqışlayıram və uğurlar diləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən görürəm ki, çıxış edən həmkarlarımın hamısı bu qanun layihəsini dəstəklədi. Doğrudan da, bu qanunun bizim dövlətimizin həyatında iqtisadiyyatımızın dirçəldilməsi baxımından, bütövlükdə cəmiyyətimizin sosial rifahının yüksəldilməsi baxımından çox böyük əhəmiyyəti olacaq, inşaallah. Ona görə Valeh müəllim, sözünüz yoxdursa, səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
V.Ələsgərov. Qısa şəkildə bir daha təkrar edim ki, əgər hər hansı bir əlavə, dəyişiklik etmək təklif olunursa, qapımız hər zaman açıqdır. Xahiş edirəm, gələsiniz, fikrinizi söyləyəsiniz. Birinci komitə iclasından sonra, ikinci komitə iclasından sonra neçə deputatımız gəlibdir, oturmuşuq, bir-bir adlarını çəkmək istəmirəm, özləri çəkə bilərlər, soruşa bilərsiniz, aydınlıq gətirmək üçün lazım olan qədər vaxt sərf etmişik. Mənim də marağım ondan ibarətdir ki, cəlbedici olsun, işləyən olsun, ölkəmiz üçün xeyirli olsun. Bu bir.
İkincisi, bizim öyrəndiyimiz dildə bunu yazmaq mümkün deyil. Çünki bütün dünyada investorların öyrəndiyi bir dil var. Çindəki, ərəb ölkələrindəki, Afrika ölkələrindəki azad iqtisadi zonalarda bunu əzbər bilirlər. O sözlərdən, o ifadələrdən işlətməsək, onlara tanış olan ifadələri işlətməsək, yenilikdir. Yeniliyi anlatmaq daha çətindir. Onlar buraya özbaşına gəlməyəcəklər ki. Biz onları cəlb etməliyik. Ona görə sizin fikrinizcə, dildə olan bəzi qüsurlar  bununla izah olunur. Çünki bu qanun layihəsi üzərində Azərbaycan hüquqşünasları, xarici hüquqşünaslar çox ciddi şəkildə işləyiblər. Burada olan bizim şöbə müdirlərindən soruşa bilərsiniz, neçə saatlarla birlikdə oturmuşuq ki, həm bizim dilə uyğun olsun, həm də investor üçün anlaşılan bir dildə yazılsın.
Sərhədlə əlaqədar təklif bir az məni təəccübləndirdi. Çünki Ələt azad iqtisadi zonasına, əgər sərəncamda yazıldığı kimi, dəniz limanının ərazisi daxil olacaqsa, dəniz  limanında mütləq sərhəd rejimi tətbiq ediləcəkdir. Hava limanında olduğu kimi, dəniz limanında da xarici vətəndaşlar, gəmilər, başqa nəqliyyat vasitələri girib-çıxırlarsa, sərhəd rejimi olacaqdır. Əgər sərhəd rejimi zonası  Ələt azad iqtisadi zonasının ərazisi ilə üst-üstə düşəcəksə, onda burada yazılan sərhəd rejimi, standart dövlət tərəfindən yaradılmış xidmət orada da xidmət göstərəcək və bizim bugünkü qanunvericiliyimizə uyğun olaraq yeni qayda yaratmağa ehtiyac olmayacaq. Əgər üst-üstə düşməyəcəksə, bir az qıraqda olacaqsa, onda orada heç sərhəd xidmətindən danışmağa ehtiyac da qalmayacaq. Çünki sərhəd rejimi orada tətbiq olunmayacaq. Ya gəmi limanında, ya hava limanında, ya da quru sərhədlərimizdə tətbiq ediləcəkdir.
Bir də ki, işlər və xidmətlərlə əlaqədar Tahir Mirkişili təklif göndərib. Tahir müəllim, vergilərdə oxusanız, bunlar nəzərdə tutulub. Vergilərdə mallar, xidmətlər və işlər yazılıbdır, gömrükdə isə işlər və xidmətlər çıxarılıbdır, amma yenə də deyirəm, mən həmişə hazıram, qapım açıqdır, mənim qapıma gəlmək istəmirsinizsə, mən sizin qapınıza gəlim, oturaq, müzakirə edək. Çünki ölkəmiz üçün, vətənimiz üçün eyni marağımız var ki, dəyərli, yararlı bir şey yaradaq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Hörmətli deputatlar, əgər başqa çıxış etmək istəyən yoxdursa, onda biz qanun layihəsini ikinci oxunuşda qəbul edə bilərik. Qanun layihəsi 5 fəsil və 30 maddədən ibarətdir. Bizim Daxili Nizamnamənin tələbinə uyğun olaraq biz qanun layihəsini ikinci oxunuşda fəsillər üzrə səsə qoyub qəbul etməliyik. Amma sizin razılığınız olarsa, biz bir neçə fəsli birləşdirib səsə qoya bilərik. Əgər etiraz etmirsinizsə, birinci 2 fəsli səsə qoyaq, sonra 3 fəsli səsə qoyub qəbul edərik. Buyurun, 1-ci və 2-ci fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
3-cü, 4-cü və 5-ci fəsillərə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bizim Nizamnamənin tələbinə görə ikinci oxunuşda qanun layihəsi bütövlükdə səsə qoyulmalıdır. Bütövlükdə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 99
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Üçüncü oxunuşla əlaqədar. Biz qanunu qəbul etdik, ondan sonra uyğunlaşma aparılmalıdır. Çünki başqa qanunvericilik aktları ilə, məcəllələrlə uyğunlaşma aparılmasa, bu qanun işləməyəcək. Razısınızmı? Ona görə də qərar belədir və bu mənim qərarım deyil, ölkə başçısının qərarıdır, tapşırığıdır. Uyğunlaşdırmanı bitirək, hazır olanda üçüncü oxunuşda qəbul edək, sonrakı məsələ uyğunlaşmadır. Ondan sonra daxili qaydaları hazırlayıb qəbul edərik, qanun paket olaraq daxili qaydalarla bir yerdə qüvvəyə minər. Başqa cür işləməyəcək. Yenə də  qanun olacaq, amma işləməyəcək. Razısınız? Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Hörmətli həmkarlar, biz gündəliyin axırıncı məsələsinə keçirik. Məcburi dövlət sosial sığortası sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, buyurun. 
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Son 2 il ərzində ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, işəgötürülən üçün yaradılan şərait bizim gözümüzün önündədir. Hər addımda bütün sahələrdə ardıcıl işlər görülür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev son fərman və sərəncamları ilə bu qrup sahibkarların fəaliyyətinin daha da yaxşılaşması üçün ardıcıl tədbirlər görür, fərman və sərəncamlar imzalayır. Belə sənədlərdən biri də bu gün bizim müzakirəmizə verilibdir.
Bu layihədə 3 əsas məqam var. Yada salmaq istəyirəm. Birinci məqam 2006-cı ilə qədər olan sığorta borclarının tamamilə silinməsidir. Bu, təxminən 100 milyon manat təşkil edir və bu borcların silinməsi məqsədəmüvafiqdir. Çünki bu borcların ödənməsinin reallığı yoxdur. Bu borclar bir sıra obyektiv və subyektiv səbəblərdən yaranıb. Birincisi, bu borcların silinməsidir, ikinci paket məsələlər 2006-cı ildən 2015-ci ilin 1 yanvarına qədər olan borca görə verilən cərimələrdir. Bu məbləğ də təxminən haradasa 55 milyon manat təşkil edir. Yəni ikinci paket məsələlər o borca görə verilən cərimələrin silinməsidir. Üçüncü məsələyə bir az  aydınlıq gətirilməlidir. Üçüncü məsələ sizə verilən layihədə qeyd olunubdur. Bu, 2015-ci ilin 1 yanvarından 2018-ci ilin 1 aprelinə qədər yaranmış borclardır. Həmin borclar  təxminən 26,7  milyon manat dəyərindədir. O borclar aşağıda sadaladığım qaydalarla silinəcəkdir.
Birincisi, 2018-ci ilin aprel–may ayları ərzində həmin maliyyə sanksiyalarının hesablanmış peniyanın 10 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 90 faizi, aprel–iyul ayları ərzində 30 faizi ödənildikdə 70 faizi, aprel–sentyabr ayları ərzində 50 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi silinir. Bu da aydın şəkildə qanunda yazılıb. Beləliklə, bu məbləğ də silinməlidir. Biz bütövlükdə bu sənədə əsasən 373 min 700 sığortaedənin, o cümlədən 217 min sahibkarın borclarını silirik və beləliklə, bunların iş şəraitini xeyli yaxşılaşdırırıq.
Bu qanun layihəsi cənab İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına, bu sahədə dövlət dəstəyinin daha da gücləndirilməsinə və reallaşdırılmasına atılan növbəti addımdır. Layihə məcburi dövlət sosial  sığorta haqları üzrə borcu olan sığortaedənlərin maliyyə yükünü azaldacaq. Bu sahədə cari borcların ödənişini vaxtında və tam məbləğdə həyata keçirməyə  imkan verəcək. Sahibkarları gələcəkdə belə borcları yaratmamağa sövq edəcəkdir.
Hörmətli deputat həmkarlarım, sizdən bu qanun layihəsinə səs verməyinizi xahiş edirəm və vurğulamaq istəyirəm ki, belə bir qanunun qəbulu bütövlükdə əmək pensiyalarının əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artırılmasına və əmək pensiyalarının vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Hadi müəllim, buyurun, əyləşin. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çıxış etməkdə məqsədim cənab Prezidentə təşəkkür eləməkdir. Çünki bu, həqiqətən, çox vacib bir sənəddir. Sığorta haqlarının silinməsi təkcə sığorta ilə bağlı deyil, eyni zamanda, sahibkarların da işini  xeyli dərəcədə yüngülləşdirəcək. Növbəti addım kimi mən arzu edərdim ki, dollarla olan kreditlərə dair də belə bir qanun hazırlansın. Dollarla olan kreditlərin tənzimlənməsi haqqında bir qanun layihəsinin, yaxud da bir fərmanın çıxarılması çox vacibdir. Çünki burada bizə olan müraciətlərin 90 faizindən çoxu bilavasitə dollarla olan kreditlərlə bağlıdır. Arzu edərdim ki, müzakirə etdiyimiz bu qanun layihəsi yaxın vaxtlarda dollarla olan kreditlərin tənzimlənməsi ilə bağlı bir qanun layihəsi ilə tamamlansın. Təşəkkür edirəm, sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Bu qanunun məğzi hamıya aydın oldu. Vacib qanun layihəsidir. Ona görə biz bu qanun layihəsini bir oxunuşda qəbul edəcəyik. Başqa fikir yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. İclasımız sona çatdı. Sağ olun.

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi